news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 16 fevral 2025

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüseyn ilə görüşmüşdür

15 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində İraq Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb.

 

Görüş zamanı Azərbaycan və İraq arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.

 

Nazir Ceyhun Bayramov ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin, intensiv siyasi dialoqun əməkdaşlığın siyasi, iqtisadi, ticarət, enerji, təhsil, mədəniyyət və digər sahələrdə müsbət şəkildə irəliləməsinə mühüm töhfə verdiyini qeyd edib.

 

Tərəflər həmçinin Yaxın Şərqdəki cari vəziyyət ətrafında müzakirələr aparıblar.

 

Regionda sülh və sabitliyin bərqərar olunmasının əhəmiyyəti bir daha vurğulanıb.

 

Azərbaycan və İraq arasında tarixi dostluq və həmrəyliyə əsaslanan münasibətlərin beynəlxalq platformalarda da öz əksini tapdığı vurğulanıb.

 

İraq Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüseynin ölkəmizə səfəri zamanı keçirdiyi görüşü və əlaqələrimizin inkişafı ilə əlaqədar müzakirələri məmnunluqla xatırladığını bildirərək, ölkəsinin Azərbaycanla münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu, ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində yaxşı imkanların mövcudluğunu qeyd edib.

 

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti