news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 11 may 2025

Azərbaycan Respublikasının İraq Respublikasındakı Səfirliyində İraqın aparıcı beyin mərkəzləri rəhbərlərinin iştirakı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilmişdir

10 may 2025-ci il tarixində Azərbaycan Respublikasının İraq Respublikasındakı Səfirliyində İraqın aparıcı beyin mərkəzləri rəhbərlərinin iştirakı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilmişdir.

 

Tədbiri giriş nitqilə açan müqəvvəti işlər vəkili Elnur Məmmədzadə Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətləri, müstəqil Azərbaycanın tərəqqisi yolunda gördüyü işlərə dair tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.

 

Aparıcı beyin mərkəzlərinin rəhbər şəxslərinin iştirakı ilə təşkil edilmiş dəyirmi masada Elnur Məmmədzadə müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin misilsiz xidmətləri, ölkəmizin xarici siyasəti, COP29 sədrliyi, Azərbaycanın regional və beynəlxalq müstəvidə cərəyan edən proseslərlə bağlı mövqeyi və İraqla əməkdaşlığının gələcək inkişaf perspektivləri ilə bağlı məlumat vermiş, iştirakçıların çoxsaylı suallarını cavablandırmışdır. Dəyirmi masada Azərbaycan-Ermənistan sülh gündəliyi və işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri barədə iştirakçılara ətraflı məlumat verilmişdir.

 

Eyni zamanda, 11 may tarixində İraq Daxili İşlər Nazirliyinin diplomatik nümayəndəliklərin mühafizəsi idarəsinin rəisi general-leytenant Balasim Haməd Həsən, Türkiyə Respublikasının Bağdaddakı səfirinin müavini Hüseyn Xəncər, habelə Ərbil Yazıçılar Birliyinin sədri Yaşar Altıbarmağın rəhbərlik etdiyi 5 nəfərdən ibarət yazıçılar qrupu Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə ehtiram əlaməti olaraq Səfirliyi ziyarət etmişlər.

           

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti