news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 03 fevral 2026

Azərbaycan Respublikasının İraq Respublikasındakı səfiri Eldar Səlimov İraq Respublikası Nümayəndələr Şurasının sədri Heybət Əl-Halbusi ilə görüşmüşdür

2026-cı ilin 2 fevral tarixində Azərbaycan Respublikasının İraq Respublikasındakı səfiri Eldar Səlimov İraq Respublikası Nümayəndələr Şurasının sədri Heybət Əl-Halbusi ilə görüşmüşdür.

 

Heybət Əl-Halbusi səfiri salamlayaraq, onu təbrik etmiş və gələcək fəaliyyətində uğurlar arzu etmişdir. Spiker dost Azərbaycan ilə son illər ərzində münasibətlərin yüksələn xətlə inkişaf etdiyini və həyata keçirilən rəsmi səfərlərin ikitərəfli əlaqələrin tarixində yeni səhifə açdığını bildirmişdir. Nümayəndələr Şurasının sədri Azərbaycan ilə İraq arasında ikitərəfli əlaqələrin inkişafının və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinin sevindirici olduğunu və Azərbaycan ilə parlamentlərarası qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi və təcrübə mübadiləsinin yaradılmasında maraqlı olduqlarını diqqətə çatdırmışdır. 

 

Səfir E.Səlimov həmsöhbətinə təşəkkürünü ifadə edərək, İraq Nümayəndələr Şurasının sədri vəzifəsinə seçilməsi münasibətilə təbrik etmiş və bu münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin sədri xanım Sahibə Qafarova tərəfindən H.Əl-Halbusiyə ünvanlanmış təbrik məktubunun nüsxəsini ünvan sahibinə təqdim etmişdir. Səfir iki ölkə arasında tarixən təşəkkül tapmış əlaqələrin müxtəlif sahələrdə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır. 

 

Görüş zamanı iki ölkə arasında gündəlikdə duran ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti