news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 12 oktyabr 2025

“Azərbaycan Hava Yolları” AZAL QSC Bakı-Bağdad-Bakı istiqamətində müntəzəm reyslər həyata keçirməyə başlamışdır

2025-ci ilin 11 oktyabr tarixində “Azərbaycan Hava Yolları” AZAL QSC Bakı-Bağdad-Bakı istiqamətində müntəzəm reyslər həyata keçirməyə başlamışdır. İlkin mərhələdə reyslər həftədə bir dəfə olmaqla hər şənbə günləri həyata keçiriləcəkdir. 

 

2023-cü ilin 20 noyabr tarixində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"in 4-cü maddəsinə uyğun olaraq, “Azərbaycan Hava Yolları” QSC Bakı - Bağdad - Bakı istiqaməti üzrə razılaşdırılmış xəttin istismarı məqsədilə Azərbaycan Respublikasının rəsmi aviadaşıyıcısı təyin edilmişdir. 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti