news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 22 yanvar 2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani ilə görüşmüşdür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci ilin 21 yanvar tarixində Davosda qarşı tərəfin müraciəti əsasında İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani ilə görüşüb.

 

Məsrur Bərzani İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin salamlarını dövlətimizin başçısına çatdırdı.

 

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Neçirvan Bərzaniyə çatdırmağı xahiş etdi.

 

Məsrur Bərzani vurğuladı ki, İraq Kürdüstan Regionunun başçısı Azərbaycana səfərlərindən, o cümlədən COP zamanı ölkəmizə gəlməsindən çox məmnundur.

 

Söhbət zamanı Azərbaycan ilə İraq Kürdüstan Regionu arasında iqtisadi, ticari, mədəni, humanitar əlaqələrin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparıldı. Biznes dairələrinin qarşılıqlı səfərlərinin təşkilinin, onların arasında birbaşa təmasların yaradılmasının və biznes forumların keçirilməsinin vacibliyi qeyd olundu.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti