news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 19 mart 2026

Azərbaycan Respublikasının İraq Respublikasındakı səfiri Eldar Səlimov İraq Respublikasının Baş naziri Məhəmməd Şiya Əs-Sudani ilə görüşmüşdür

2026-cı ilin 19 mart tarixində Azərbaycan Respublikasının İraq Respublikasındakı səfiri Eldar Səlimov İraq Respublikasının Baş naziri Məhəmməd Şiya Əs-Sudani ilə görüşmüşdür.

 

Baş nazir səfiri salamlayaraq, onu təbrik etmiş və gələcək fəaliyyətində uğurlar arzu etmişdir. M.Əs-Sudani salamlarının və Ramazan, həmçinin Novruz bayramları münasibətilə təbriklərinin və xoş arzularının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edərək, Azərbaycan ilə tarixən formalaşmış güclü münasibətlərin müxtəlif sahələrdə daha da möhkəmlənməsində maraqlı olduqlarını vurğulamışdır.

 

Səfir E.Səlimov Baş nazirə təşəkkürünü ifadə edərək, iki ölkə arasında tarixən təşəkkül tapmış əlaqələrin müxtəlif sahələrdə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır. Səfir 7 may 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İraq Respublikasına həyata keçirdiyi rəsmi səfər, 20 aprel 2025-ci il tarixində Bağdadda keçirilmiş Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin ikinci iclası və 3-4 dekabr 2025-ci il tarixlərində Bakıda keçirilmiş Hökumətlərarası birgə komissiyanın 4-cü iclasının vacibliyini qeyd edərək, Bakı ilə Bağdad arasında özünəməxsus yüksək səviyyəli əlaqələrin və qarşılıqlı faydalı dialoqun davam etdirilməsinin əhəmiyyətini vurğulamışdır.

 

Görüş zamanı iki ölkə arasında gündəlikdə duran ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti