20 may 2011-ci il tarixində Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında Ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya yaradılmışdır. İndiyədək komissiyanın 3 iclası keçirilmişdir. Son iclas 2023-cü ilin 6-7 dekabr tarixlərində Bağdad şəhərində təşkil edilib.
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2019 |
14 728.95 |
13 600.53 |
1 128.42 |
2021 |
23 442.48 |
23 083.14 |
359.34 |
2022 |
29 277.12 |
28 782.57 |
494.55 |
2023 (yanvar-oktyabr) |
14 996.70 |
14 897.30 |
99.40 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Son 10 il ərzində iki ölkə ticarət dövriyyəsinin ən yüksək həddi 2022-ci ildə 29.3 milyon ABŞ dolları təşkil etmişdir. 2023-cü ilin ilk 9 ayında iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 13.3 milyon ABŞ doları təşkil etmişdir. Bunun 12.3 milyon ABŞ dolları hissəsi Azərbaycandan ixrac olmuşdur.